AFFA "Xəzər Lənkəran"ın futbolçusunu, AZAL-ın isə futbolçusunu və baş məşqçisini cəzalandırdı

15.05.2012 | 4425 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın XXXII turunun “Xəzər Lənkəran” –  “Qarabağ” matçının 67-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 №-li futbolçusu Elvin Beqiri kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Premyer Liqanın XXXII turunun “Neftçi” – “Qəbələ” matçının 18-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Premyer Liqanın XXXII turunun AZAL – “Turan” matçının 18-ci dəqiqəsində “Turan” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev, matçın 75-ci dəqiqəsində isə AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov hakimin qərarına emosional şəkildə etiraz etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 1 oyunluq cəzalanır, hər iki klub 1000 manat cərimə olunur (maddə 63).

Oyunun 75-ci dəqiqəsində AZAL klubunun 23 №-li futbolçusu Tales Şutz idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail