"İnter" yola saldığı futbolçuların adlarını rəsmən açıqladı

14.05.2012 | 5443 dəfə oxunub

Azərbaycan çempionatını 3-cü pillədə bitirməklə, ölkəmizi Avropa Liqasında təmsil etmək hüququ qazanan “İnter” klubu heyətinə əl gəzdirməyə başlayıb. Stadium.az xəbər verir ki, "bankirlər" bu gün bir neçə futbolçu ilə əməkdaşlığa rəsmən son qoyub.

Komandanın meneceri Səbuhi Səfiyarlı bildirib ki, “İnter”i tərk edən bəzi futbolçuların adı məlumdur: “Hücumçular Enyo Krastovçev və Girts Karlsonsla müqavilənin müddətini artırmadıq. Artıq uzun müddətdir ki, bizdə oynayan Bronislav Çervenko da gələn mövsüm bizimlə olmayacaq. Bundan əlavə, müdafiəçi Danildo Assioliyə də xidmətlərinə görə təşəkkür etdik. “Simurq”da icarədə çıxış edən Ruslan Poladovu isə geri qaytarmaq niyyətimiz yoxdur. Bundan əlavə də gedənlər ola bilər. Baş məşqçi Kaxaber Sxadadze hələ ki, Elnur Abdulov, Peter Çrappan və Xəyal Mustafayevlə bağlı qərar verməyib”.

“İnter” gedənlərin yerini doldurmaq üçün axtarışlara da start verib. Amma komandaya gətiriləcək futbolçular barədə konkret nəsə deyilmir.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail