Mançinidən rəqibləri ilə bağlı analiz

05.12.2019 | 5506 dəfə oxunub

İtaliya millisinin baş məşqçisi Roberto Mançini maraqlı fikirlər səsləndirib.

Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis AVRO-2020-nin final mərhələsində yer aldıqları A qrupunu dəyərləndirib. Mançini asan qrupa düşmədiklərini söyləsə də, rəqiblərə meydan oxumağı da unutmayıb.

O, Uels, İsveçrə və Türkiyənin öz aralarında Bakıda keçirəcəkləri qarşılaşmalarda ikinci xoşbəxtin müəyyənləşəcəyinə işarə vurub: "Qrupumuz deyildiyi qədər asan deyil. Amma püşkatmadan da razı qalmalıyıq. Biz yaxşı performans sərgiləyərək final mərhələsinə yollanmışıq. Qrupumuzdakı digər komandaların hər üçünün itirəcək heç nəyi yoxdu. Bizə məğlubiyyətləri normal qarşılaya bilərlər. Hər üç komanda gənc oyunçulardan qurulmuş gənc kollektivdi. Türkiyə seçmə mərhələdə Fransadan 4 xal aldı. İsveçrə narahat komandadı, çünki bizi yaxşı tanıyır. Premyer Liqada çıxış edən futbolçularla Uels sürpriz edə bilər. Hər şeyə meydanda aydınlıq gələcək".

A qrupunda yalnız İtaliya oyunlarını öz meydanında keçirəcək. Türkiyə, İsveçrə və Uels arasındakı 3 görüş isə Bakı Olimpiya Stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail