"Heç vaxt Rusiyada işləmərəm" - "Sabah" üçün Bakıya gəlmiş baş məşqçi

23.11.2019 | 5096 dəfə oxunub

Sentyabrda "Sabah"la danışıq aparmış, hətta Azərbaycana gəlib Premyer Liqanın "Sabah" - "Səbail" (3:0) görüşünü stadiondan izləmiş Yuri Vernidub Rusiya haqqında qalmaqallı açıqlama verib.

Stadium.az xəbər verir ki, bugünlərdə Soliqorsk "Şaxtyor"unun baş məşqçisi təyin olunmuş 53 yaşlı ukraynalı mütəxəssis heç vaxt bu ölkədə işləməyəcəyini deyib. Rusiya-Ukrayna arasındakı siyasi məsələlərdən dolayı danışan Vernidub deyib ki, keçmiş SSRİ və MDB ölkələrinin hamısında işləyər, təkcə Rusiyadan başqa: "Rusiya Ukraynanın torpağına qanunsuz girib, səhv edib. Ona görə bu söhbət haqda konkret fikrimi deyib birdəfəlik bağlamaq istəyirəm. İşsiz olduğum müddətdə bu ölkədən çox sayda təklif gəlmişdi. İstənilən halda Rusiyada işləmərəm. Nə qədər pul versələr belə, mümkün deyil. Qorxmadan-çəkinmədən deyirəm, mənim üçün pul önəmli deyil".

2015/2018-ci illrdə "Qəbələ"nin heyətində çıxış etmiş Vitali Vernidubun atası 1997/2000-ci illərdə "Zenit"in aparıcı futbolçusu olub. O, Sankt-Peterburq klubunda 83 oyun keçirib, 2 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail