“Düşünmürəm ki, olanların məsuliyyətini Kabalyero daşıyır"

22.06.2018 | 3319 dəfə oxunub

“Bu məğlubiyyətdə mən cavabdehlik daşıyıram. Verdiyim qərarlara görə, mən cavab verməliyəm. 
Bugünkü məğlubiyyət də mənim qərarlarımın nəticəsidir”.

Stadium.Az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ-2018-in 2-ci turunda Xorvatiyaya uduzduqları oyunu (0:3) şərh edərkən deyib.

Oyundan sonra keçirilən mətbuat konfransında qapıçı Villi Kabalyeronun buraxılan ilk qoldakı kobud səhvinə münasibət bildirən çalışdırıcı onu günahlandırmadığını qeyd edib:

“Düşünmürəm ki, olanların məsuliyyətini Kabalyero daşıyır. Həmişə istəmişəm ki, futbolçuları yaxşı çıxış etdikləri  mövqedə oynadım. Realllıq budur ki, Argentina millisini əvvəlki vaxtlarına qaytara biləcək futbolçular tapmamışıq. Futbolçularımızın hər biri fərdi ustalıq baxımından seçilsə də, komandada anlaşma yaxşı vəziyyətdə deyil”.

Sampaoli komandanın kapitanı Lionel Messinin zəif çıxışına da toxunub: “Biz həmişə çalışırıq ki, top Messidə olsun. Ancaq rəqiblər çalışırılar ki, top onun ayağına dəyməsin”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail