Türkiyə millisinə "Qalatasaray"dan futbolçu çağırılmadı

18.05.2018 | 2308 dəfə oxunub

Türkiyə millisinin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Stadium.Az xəbər verir ki, baş məşqçi Mirça Luçesku İran, Tunis və Rusiya ilə görüşlərə 26 futbolçu çağırıb.

Maraqlıdır ki, rumıniyalı mütəxəssis çempionluğa əsas namizəd "Qalatasaray"dan heç bir futbolçuya dəvət göndərməyib.

Türkiyə millisinə çağırılan futbolçular bunlardır:

Qapıçılar: Volkan Babacan ("Başakşəhər"), Okan Kocuk ("İstanbulspor"), Serkan Kırıntılı ("Konyaspor")

Müdafiəçilər: Şənər Özbayraklı, Mehmet Topal, Hasan Ali kaldırım (hamısı "Fənərbaxça"), Zeki Çelik ("İstanbulspor"), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Ərtoğrul Ərsoy ("Bursaspor"), Kaan Ayhan ("Fortuna", Düseldorf, Almaniya), Ömər Bayram ("Akhisarspor")

Yarımmüdafiəçilər: Abdülkadir Ömür, Yusuf Yazıçı, Okay Yokuşlu (hamısı "Trabzonspor"), Deniz Türüç ("Kayserispor"), Əmrə Akbaba ("Alanyaspor"), İrfancan Kahveçi, Mahmut Tekdemir ( hər ikisi "Başakşəhər"), Oğuzxan Özyaqub ("Beşiktaş"), Sərdar Gürlər ("Osmanlıspor"), Tarkan Sərbəst ("Austriya", Vyana, Avstriya), Hakan Çalhanoğlu ("Milan", İtaliya) 

Hücumçular: Ümut Bulut ("Kayserispor"), Cenk Tosun ("Everton", İngiltərə), Kenan Karaman ("Hannover", Almaniya)

Türkiyə millisi mayın 28-də İstanbulda İran, iyunun 1-də İsveçrənin Cenevrə şəhərində Tunis, iyunun 5-də isə Moskvada Rusiya ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail