Robert Prosineçki Bolqarıstanla oyundan danışdı və start heyətini açıqladı
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Bolqarıstanla sonuncu oyunundan öncə mətbuat konfransı keçirib. Stadium.az xəbər evrir ki, xorvat mütəxəssis son oyun barədə belə danışıb:
- Bütün komanda oyuna ciddi hazırlaşıb. Yaxşı nəticəyə imza atmaq istəyirik. Rəqibdə sürətli oyunçular var. Biz onları yaxşı analiz etmişik. İtaliya ilə çətin oyundan sonra bu görüşdə yaxşı nəticəyə imza atmaq istəyirik. Bolqarıstan millisinin Xorvatiya ilə görüşünü təhlil etmişəm. Kompakt oyun sərgiləyirlər. Yaxşı futbol göstərmək və sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
- Start heyətini açıqlayacaqsızmı?
- Problem yoxdu. Heyətdə 3 yeni futbolçu olacaq. Start heyəti belədi: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov, Elnur Cəfərov.
- Bədavi Hüseynovu
qırmızı vərəqə aldığına görə dəyişmişdiz. Bəs digər əvəzetmələri nəyə görə
etmisiz?
- Heyəti açıqlamağım bəs edər. Bütün “kartlarımı” açmaq niyyətində deyiləm.
- Bolqar azarkeşlər
sabahkı oyuna o qədər də maraq göstərmirlər. Bu amil millinin sabahkı oyunda
xal qazanmasına nə dərəcədə kömək edə bilər?
- Biz futbolu azarkeşlər üçün oynayırıq. Futbolçular
futbol oynayırlar ki, azarkeşlər stadiona gəlsinlər, oyundan həzz alsınlar.
Əgər sabahkı oyuna az bilet satılıbsa, mən çox məyusam.
- Xorvatiyadakı
həmkarınızı yola saldınız. Sabah da bolqar həmkarınızı yola salacaqsız...
- Mən bu barədə fikirləşmək istəmirəm. Futbolda belə şeylər olur. Mənim mentalitetim elədi ki, hər oyuna ciddi hazırlaşıram və hər dəfə qələbə qazanmaq istəyirəm. Rəqibin baş məşqçisinin istefa verib-verməməyi məni maraqlandırmır. Ümid edirəm ki, Bolqarıstan yığmasının məşqçisi postunda qalacaq. İstəyirəm ki, sabah qələbə qazanaq.
- “Xəzər Lənkəran”ın
transfer qadağasından qurtulmaması Rahid Əmirquliyevin oyun keyfiyyətinə, yığma
karyerasına təsir edə bilərmi?
- Mən bilirəm ki, “Xəzər Lənkəran” məlum səbəbdən
çətinlik çəkir. Bu barədə Rahidlə çox söhbət etmişəm. Mən millinin məşqçisiyəm,
fərqi yoxdu Rahid “Xəzər Lənkəran”da oynayır, ya “Sumqayıt”da. Nə qədər ki, mən
baş məşqçiyəm, Rahid yığmada olacaq. O, milli üçün həmişə əlindən gələni edib,
yaxşı oyun göstərib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |