Çempionlar Liqasında danışılmış oyun qalmaqalı

18.02.2015 | 2149 dəfə oxunub

UEFA İtaliya klubu “Latsio”nu bir neçə il avrokuboklardan kənarlaşdıra bilər. Stadium.Az xəbər verir ki, qitə futbol qurumu romalıların 2007-ci ildə Çempionlar Liqasında keçirdikləri bir oyunla bağlı araşdırma aparır.

Həmin il III seçmə mərhələdə Rumıniya “Dinamo”su ilə qarşılaşan “Latsio” heç-heçə (1:1) nəticələnən görüşün revanşında rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Halbuki, cavab oyununda Buxarest təmsilçisi fasiləyə 1:0 öndə yollanmışdı. Matçdan dərhal sonra “Latsio” “Dinamo”dan 20 yaşlı müdafiəçi Radu Stefanı 5,4 milyon avroya transfer etmişdi. Həmin qarşılaşma ilə bağlı maraqlı faktlar əldə edən UEFA bununla bağlı dindirmələrə başlayıb.

Qeyd edək ki, “Dinamo”nun 2007-ci ildəki sahiblərindən olan Vladimir Kon da “Latsio” ilə matçda danışıqların olduğunu təsdiqləyib: “Cavab görüşünün fasiləsində klub rəhbərliyi futbolçulardan uduzmağı tələb etdi. Çünki Radu Stefanın transferində razılıq əldə edilmişdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail