Tarixi İtaliya klubun azərbaycanlı iş adamı alıb

09.12.2014 | 2966 dəfə oxunub

"Parma"nın idman direktoru Pyetro Leonardinin klubun sahibinin dəyişməsi barədə xəbəri təsdiqləməsindən sonra,  italyan klubunun səhmlərinə kimin yiyələndiyi maraq doğurur. Stadium.az xəbər verir ki, CNN jurnalisti Takinardi Palmieri klubun rus-kipr konsorsiumuna satıldığı barədə informasiya yaymışdı. "L Gazetta dello Sport" isə anlaşmanın 50 milyon avro dəyərində olduğu və 43 milyon avronun "Parma"nın borclarına sərf olunacağını yazmışdı. İtalyan mediası "Parma"nın rusiyalı milyoner, əslən azərbaycanlı olan Süleyman Kərimova satıldığını ehtimal edir. Kərimov Mahaçqalanın "Anji" klubunun da sahibidir. O, dünyanın ən zəngin simaları arasında 162-ci yeri tutur. 

2007-ci ildən  "Parma"nın sahibi Tommazo qirardi idi. Onun klubu satmasına əsas səbəb kimi UEFA Avropa Liqasında iştirak üçün lisenziya sənədlərini təqdim etməməsi və klubun A Seriyasındakı uğursuz çıxışı göstərilir. Roberto Donadoninin rəhbərlik etdiyi kollektiv hazırda turnir cədvəlinin zirzəmisində qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail