Azad Rəhimovdan Hafiz Məmmədova dəstək

05.12.2014 | 3840 dəfə oxunub

Fransada səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Lans" futbol klubu ətrafında yaranmış müəmmalı durumla bağlı fikirlərini bölüşüb. Stadium.Az Report.az-a istinadən xəbər verir ki, Rəhimov "L Equipe 21"ə açıqlamasında iki ölkə arasında səmimi münasibətləri qorumaq üçün "Lans"a kömək etməyə hazır olduqlarını bildirib.

Nazir bir neçə gün öncə klub prezidenti Jerve Martellə də bu barədə danışdıqlarını söyləyib: "Biz klub prezidenti Jerve Martelə vəd etdik ki, problemin həllində dəstək olmaq üçün bütün mümkün olanı edəcəyik. Məsələ həll edilsə, çox şad olarıq. Hazırda Azərbaycan və Fransa arasındakı münasibətlər həqiqətən də yüksək səviyyədədir. Səmimi münasibətlərimizə bulud da kölgə sala bilməz".

"Lans" klubu azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsusdur. Lakin H.Məmmədov biznesindəki problemlərlə əlaqədar kluba lazımi dəstəyi verə bilmir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail