Elmanderdən Berbatova: "Türkiyəyə gəl, şahzadə kimi yaşa"

20.03.2012 | 6589 dəfə oxunub

"Qalatasaray"ın isveçli futbolçusu Elmander ölkə mətbuatına açıqlama verib. Stadium.az xəbər verir ki, mövsümün əvvəlində "Bolton"dan transfer edilmiş hücumçu açıqlaması zamanı maraqlı sözlər söyləyib. O, mövsümün sonunda "Mançester Yunayted"lə yollarını ayıracağı dəqiqləşmiş Dimitar Berbatovla da danışdığını bildirib: 

"İstanbul həqiqətən də inanılmaz bir yerdir. Ailəm də burada xoşbəxtdir. Qızım davamlı olaraq məktəbə gedir, dərsləri ilə məşğul olur. İstanbulun mənzərəsi də möhtəşəmdir. Buradakı həyatı Mançesterdə tapa bilməzsiniz. Bu barədə Berbatovla da söhbət etmişəm. Ona zarafatla "Qalatasaray"a gəl və şahzadə kimi yaşa" dedim. Ancaq həqiqətən burada futbolla bağlı hər şey var. Azarkeşlər komandalarını çılğınlıqla dəstəkləyir.

Futbolçunun bacarıqlı olması önəmlidir, lakin onun çıxışında baş məşqçi də rol oynayır. Bu mənada, bizim uğurlu çıxışımızda Fatih Terimin əməyi böyükdür. Onunla birlikdə doğru yoldayıq və bu cür də davam etmək istəyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail