Sərgən Yalçının “Neftçi”dəki maaşı bəlli oldu: SOCAR-dan milyonluq müqavilə

20.06.2023 | 729 dəfə oxunub

Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sərgən Yalçınla danışıq aparır.

Stadium.az Publika.az-a istinadən xəbər verir ki, klubun baş sponsoru olan SOCAR komandaya nəzarəti birbaşa ələ keçirib. Şirkətin prezidenti, eyni zamanda klubun Müşahidə Şurasının sədri olan Rövşən Nəcəf 50 yaşlı mütəxəssislə danışıqlara şəxsən nəzarət edir. Artıq müzakirələrin böyük hissəsi yekunlaşıb. Tərəflər maddi məsələlərdə böyük ölçüdə razılığa gəliblər.

Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sərgən Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon tl) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sərgənin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.

Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 miylon TL olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail