"Real"ın futbolçusu Marselo karyerasını Türkiyədə davam etdirə bilər. Stadium.Az xəbər verir ki, braziliyalı müdafiəçi ilə "Fənərbaxça" maraqlanır.
İstanbul klubu "Real"la mövsümün sonuna qədər müqaviləsi olan 33 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb.
Marselo bu mövsüm 14 oyunda iştirak edib.