Fransadan Türkiyə millisinə ağır zərbə

19.03.2021 | 4005 dəfə oxunub

Fransa Peşəkar Futbol Liqası koronavirus pandemiyasına görə ölkədə çıxış edən bir sıra legioner futbolçulara məhdudiyyətlər qoyub.

Stadium.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni qərara əsasən Liqa 1 və Liqa 2-də çıxış edən Avropa Birliyinin üzvü olmayan ölkələrin futbolçuları öz millisinə buraxılmayacaq.

Liqa 1 və Liqa 2-dən 40 klub ölkəyə qayıtdıqda 1 həftə karantinə alınmaq və virusa yoluxmaq riskinə görə Avropa Birliyinin üzvü olmayan ölkələrdən olan futbolçuların milli komandalarına göndərilməməsini istəyib. 

Bu isə o deməkdir ki, “Lill”də çıxış edən Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik, o cümlədən Liqa 2 təmsilçisi “Le Havre”də oynayan Umut Meraş Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsinin oyunlarında iştirak etmək üçün ölkələrinə gedə bilməyəcəklər.

Adıçəkilən 4 futbolçu üçün Fransaya təyyarə göndərmək istəyən Türkiyə Futbol
Federasiyası qarşı tərəfin cavabını gözləyir. Federasiyanın alternativ variantlar üzərində işlədiyi bildirilib.

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Niderland, 30-da isə Latviya millisini qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail