Mahir Emreli "Beşiktaş"ın gündəmindədir

29.12.2020 | 4011 dəfə oxunub

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubunun gündəmindədir.

Stadium.Az xəbər verir ki, türkiyəli jurnalist Haldun Domaç İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçının 23 yaşlı hücumçunu izlədiyini deyib.

Domaç "Beşiktaş"ın hücumçuya ehtiyacının olduğunu da vurğulayıb:

"Beşiktaş" üçün önəmli mövqelərdən biri hücum xəttidir. Cenk Tosun komandaya qayıdacaqmı? Gəlməsə, onun yerinə kim alınacaq? Baş məşqçinin izlədiyi perspektivli və gələcək vəd edən futbolçu var. Azərbaycanın "Qarabağ" komandasında oynayan 23 yaşlı hücumçu - Mahir Emreli. Çox effektli və kreativ oyunçudur. Həqiqətən yaradıcığı yüksəkdir. 16 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2021-ci ildə müqaviləsi başa çatır. Fantastik cəhətləri də çoxdur. Bəlkə də Sergen Yalçının onu bəyənməsinin əsas səbəblərindən biri budur".

Mahir Emreli 2015-ci ildən Qarabağ-ın əsas komandasında çıxış edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail