"Qalatasaray"ın 2 əsas futbolçusu üçün mövsüm bitdi

15.06.2020 | 4832 dəfə oxunub

"Qalatasaray" ciddi itki ilə üzləşib. Stadium.Az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera uzun müddətə sıradan çıxıb.

O, Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində qarşılaşdıqları "Rizespor"la səfər oyununda ağır zədə alıb. Uruqvay millisinin üzvü matçın 15-ci dəqiqəsində rəqib hücumçu Milan Şkoda ilə toqquşma zamanı xəsarət alıb. Tibbi personalın köməyi ilə meydanı xərəkdə tərk edən təcrübəli qapıçı dərhal xəstaxanaya aparılıb.

Ətraflı müayinələrdən sonra Musleranın sağ ayağında iki yerdə qırıq aşkarlanıb. 33 yaşlı qolkiperin təxminən 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

İstanbul klubunun bu oyunda daha bir itkisi olub. Belə ki, "Rizespor"la oyunda zədələnən futbolçusu Florin Andonenin də son durumu bilinib.

Sağ ayağından zədələnən 27 yaşlı hücumçunun mövsümün geri qalan hissəsində komandasına kömək edə bilməyəcəyi bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail