Burak Yılmaz: "Çində xəstəliyin ortaya çıxması normaldır"

25.04.2020 | 5171 dəfə oxunub

"Çinlilər nə gəldi yeyirlər. Çox maraqlı yeməkləri var". Stadium.Az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Burak Yılmaz şəxsi "Instagram" hesabında yazıb.

2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış etmiş 35 yaşlı hücumçu koronavirusun ortaya çıxmasında sözügedən ölkəni günahlandırıb:

"Çində oynayarkən maraq üçün bazara getdim. Açığı, şoka düşdüm. Ramazan bayramı olduğu üçün adlarını çəkmək istəmirəm. Çox qəribə şeylər yeyirlər. Belə bir mühitdə xəstəliyin ortaya çıxması normaldır. Ümumiyyətlə, xəstəliklərin çoxu Çindən yayılır".

Təcrübəli forvard Çində hələ çox xəstəliklərin üzə çıxacağını söyləyib: "Xüsusi restoranlar var. Orada elə yeməklər verirlər ki, it əti ondan yaxşıdır. Çinlilər də belə xalqdır. Bu, onların mədəniyyətidir. Orada oynayanda xüsusi aşpazım, tərcüməçim, məşqçim və sürücüm var idi".

Yılmaz ölkənin müsbət tərəflərindən də söz açıb: "Futbol və iqtisadiyyat baxımından inkişafa açıq ölkədir. Hər şeyi öyrənmək istəyir, futbolu çox sevirlər. Hər oyunumuza 60 min azarkeş gəlirdi. Amma Çin türkün yaşaya biləcəyi ölkə deyil".

Burak Yılmaz karyerası ərzində Türkiyədə "Fənərbaxça", "Trabzonspor" və "Qalatasaray" klublarının da formasını geyinib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail