"Neftçi"nin bəyənmədiyi futbolçu "Qalatasaray"a keçdi

09.01.2020 | 5233 dəfə oxunub

Türkiyə çempionu “Qalatasaray” növbəti transferini həyata keçirib. Stadium.Az xəbər verir ki, daha öncə Henri Onyekuru və Marselo Saraççini sıralarına cəlb edən İstanbul təmsilçisi bu dəfə “Əskişəhərspor”da forma geyinən Jesse Sekidikanı heyətinə qatıb.

Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. Nigeriyalı oyunçu ilə klub arasında 4,5 illik müqavilə imzalanıb. 23 yaşlı hücumçu yeni komandasında 28 nömrəli formanı geyinəcək.

“Qalatasaray” yeni hücumçusuna bu mövsümün qalan hissəsi üçün 125 min avro ödəyəcək. Qarşıdakı illərdə isə futbolçu ilinə 250 min avro qazanacaq.

Sekidika bu mövsüm “Əskişəhərspor”da 16 oyuna çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onu da xatırladaq ki, nigeriyalı forvard 2019-cu ilin əvvəlində “Neftçi”də də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail