Mustafa Dənizli: "Azərbaycan bizim öz məmləkətimiz kimidir"

09.01.2020 | 5027 dəfə oxunub

“Hələ püşkatma günü Türkiyədə futbol ictimaiyyəti sərfəli qrupa düşdüyümüzü düşünürdü. Milllimiz düzgün yoldadır, Şenol Günəşlə birlikdə əla atmosfer yaranıb”.

Stadium.Az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq çalışdırıcısı Mustafa Dənizli yığmanın “Avro-2020”dəki şanslarını dəyərləndirərkən deyib. Ölkəsinin mətbuatına danışan 71 yaşlı mütəxəssis komandanın qrupdan çıxıb, irəliləyəcəyini düşünür:

“Bir çox turnirlərə qatılmışıq. Amma son 20-25 ili ən uğurlu dövr kimi göstərmək olar. Qrupdakı rəqiblərimizdən biri İsveçrədir. Bu komanda adətən tam isveçrəlilərdən qurulan kollektiv olmur. Lakin İtaliya çox güclüdür. Nəzərə alsaq ki, ilk oyunumuzu onlara qarşı keçirəcəyik, uğursuz başlayıb, uğurlu bitirmək ehtimalımız var. Azərbaycan bizim öz məmləkətimiz kimidir. Məncə, bu baxımdan turnirə İtaliyada başlamaq üstünlükdür. Yığmamıza güvənirik. Dünya çempionundan 4 xal almışıq. Bu cür çıxışla hara qədər gedə biləcəyimizi siz düşünün”.

A qrupunda yer alan Türkiyə millisi iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail