"Beşiktaş"ın transfer siyahısında olan 8 futbolçu

07.12.2019 | 5746 dəfə oxunub

Yeni mövsümə baş məşqçi Abdullah Avcı ilə başlayan "Beşiktaş"da işlər yoluna düşməyə başlayır. Stadium.Az xəbər verir ki, Avcıyla Avropa Liqasında qrupdan çıxa bilməyən İstanbul klubu Super Liqada ilk oyunlarda da uğursuzluq yaşayırdı.

Ancaq Abdullah Avcı artıq sistemini oturtmaq üzrədir və ardıcıl qələbələr sayəsində "Beşiktaş" hazırda turnir cədvəlində dördüncü sıradadır və lider "Sivasspor"dan cəmi 3 xal geri qalır. 

Əməkdaşımız Türkiyə mətbuatına istinadən "Beşiktaş"ın transfer siyahısında olan futbolçuları sizə təqdim edir. 

Çempionluğu hədəfləyən bu komanda qış transfer pəncərəsi dönəmində bir neçə vacib transfer etmək niyyətindədir. İstanbul təmsilçisinin əsas hədəflərindən biri isə "Everton"a satdıqları və orada əsas heyətə düşə bilməyən Cenk Tosundur. Onlar Tosunu icarəyə götürməyi planlayır. Cenk hazırda komandanın bir nömrəli transfer hədəfidir.

Hücum xəttinə ikinci hədəf isə daha əvvəl də bu komandada forma geyinən, hazırda "Porto"da çıxış edən Vinsent Abubakardır. Portuqallar Abubakar üçün 10 milyon avro transfer haqqı tələb etsələr də, hazırda bu məbləğ 3 milyona düşüb.

Hücum xəttinə üçüncü hədəf isə hazırda "Berşiya" forması geyinən Mario Balotellidir. Mario İtaliya klubuna 1.5 milyon avro maaş alır. "Beşiktaş" isə bu məbləği 2 milyon edərək təklif göndərməyi düşünür.

Daha bir transfer hədəfi isə "Marsell"də forma geyinən fransalı futbolçu Payetdir. 32 yaşlı futbolçunu klubu daha çox maaş alma səbəbindən göndərmək istəyir. Əgər fransızlar onun bonservisində güzəştə gedərlərsə və Payet də yüksək məbləğdə maaş istəməzsə bu transfer gerçəkləşə bilər.

Abdullah Avcının siyahısında olan daha bir futbolçu isə yenə də eks "Beşiktaş"lıdır. Bu, hazırda Çinin "Quanqzhou" klubunda çıxış edən braziliyalı futbolçu Anderson Talişkadır. "Beşiktaş" Talişkanı əvvəlcə icarəyə götürmək, daha sonra isə almaq istəyir.

Baş məşçinin növbəti gözaltı etdiyi futbolçu isə Super Liqadandır. Bu, son iki mövsümdə "Sivasspor"da yüksəliş dönəmi keçirən Əmrə Kılıncdır. 25 yaşlı yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda bitir. Avcı onu komandasında görmək istəyir. 

Transfer siyahısınd aolan növbəti futbolçu da "Sivasspor"dandır. Mert Hakanın da müqaviləsi mövsümün sonunda bitir. 

Siyahıda olan daha bir futbolçu isə "Yeni Malatyaspor"da çıxış edən Gilyermedir. O, maaşı aşağı olan futbolçulardan biridir. Bu transfer üçün isə məm Türkiyə klubunun, həm də Gilyermeninin transfer haqqına sahib olan "Benevento" klubuyla razılıq əldə etməlidir.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail