Türkiyədə 7 legioner qalmaqalı

11.02.2012 | 6411 dəfə oxunub

Türkiyə Superliqasının 26-cı turu çərçivəsində keçirilən "Trabzonspor" - "Qaziantepspor" matçında qanun pozuntusu baş verib. Stadium.az xəbər verir ki, qonaq komanda meydanda 6 legionerin olması ilə bağlı limiti pozaraq, 7 legionerlə mübarizə aparıb.

"Trabzonspor"un 4:1 hesabı ilə qalib gəldiyi oyunun 61-ci dəqiqəsindən 65-ci dəqiqəsinə qədər "Qaziantepspor" 7 legionerlə oynayıb. Qaziantep təmsilçisi oyuna çıxarkən Karcemarskas, İvan de Sousa, Dani Nounkeu, Gilles Binya, Marek Sapara və Ivelin Popov start heyətində yer alıb. 

Matçın 61-ci dəqiqəsində Cenk Tosunun yerinə İsmael Sosa meydana daxil olub və "Avni Aker"də "Qaziantespor" 7 legionerlə oynamağa başlayıb. Baş məşqçi Hikmət Karaman 65-ci dəqiqədə Popovun yerinə Turqut Doğan Şahini meydana buraxıb və bundan sonra legioner sayı 6-a düşüb. Ancaq "Qaziantepspor"un 4 dəqiqə meydanda 7 legionerlə mübarizə aparması qanun pozuntusu ilə nəticələnib.

TFF-nin mövcud qaydalarına əsasən "Qaziantepspor"a 0:3 hesablı texniki məğlubiyyət verilməlidir. Lakin "Trabzonspor" 4 qol vurduğu üçün matçın nəticəsi 4:0 olaraq müəyyənləşdiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail