"Rubin"dən Gökdənizə: "Çox çirkin və şərəfsiz..."

02.03.2019 | 6815 dəfə oxunub

Ötən mövsümün sonu "Rubin"də futbolçu karyerasını başa vuran Gökdəniz Karadəniz sabiq klubunu Rusiya Futbol Federasiyasına şikayət edib.

10 il Kazan təmsilçisində çıxış edən Türkiyə millisinin sabiq üzvü 2.5 aylıq maaşının - 625 min avronun ödənməməsi səbəbindən bu addımı atıb. "Rubin"in baş direktoru Rustam Şaymanov məsələ ilə bağlı Rusiya mətbuatına şok açıqlamalar verib. O, komandanın unudulmazları arasında sayılan sabiq kapitanın etdiyini şərəfsizlik adlandırıb:

"Kazanın son qəhrəmanlarından biri olan Gökdəniz bizi pis mənada təəccübləndirdi. Onsuz da biz ondan pullarından imtina etməsini istəmirdik. Bu pulları ona təbii ki, ödəyəcəyik. Amma o, kasıb deyil. Hətta borclarını faizi ilə birlikdə istəyir. Çox çirkin və şərəfsiz hərəkətdir. Gökdəniz 10 il bizdə oynayıb və Kazanın hər zaman ürəyində olacağını demişdi. Bu illər ərzində hər kəsin sevgisini qazandı, ancaq indi borclarını faiziylə istəyir".

Karadəniz "Rubin"in heyətində ümumilikdə, 300 oyuna çıxıb, 52 qol vurub, 57 qol ötürməsi verib. O, komandasıyla 2 dəfə ölkə çempionu, 1 dəfə ölkə kuboku və 2 dəfə superkubokun sahibi olub. Türk futbolçunun 61 nömrəli forması isə əbədiləşdirilib. (Fanatik)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail