Yıldırım Dəmirörən istefa verib TFF-dan istefa verib

01.03.2019 | 6099 dəfə oxunub

Türkiye Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən istefa verib. Stadium.Az "NTV Spor"a istinadən  xəbər verir ki, bu barədə o özü məlumat verib.

54 yaşlı iş adamı bildirib ki, "İDDAA", "Misli.com" mərc şirkətləri rəsmən "Dəmirörən Holdinq"in tərkibinə qatıldığı və bunun tutduğu vəzifəyə zidd olduğu üçün bu addımı atıb:

"Bu günə qədər şərəf və qürurla yerinə yetirdiyim milli vəzifəmdən Türkiyə və dünya ictimaiyyətində yer alan bəzi söz-söhbətlərə son qoymaq və ölkə futboluna kölgə salmamaq üçün ayrılıram. 7 il ərzində daim məni dəstəkləyən prezidentimiz Rəcəp Tayyip Ərdoğana təşəkkür edirəm".

Dəmirörən 2012-ci ilin fevral ayından TFF-yə başçılıq edirdi. Quruma yeni prezident seçilənə qədər (iyun ayına kimi) bu vəzifə müvəqqəti olaraq, İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail