Türkiyə Futbol Federasiyasının prezidenti istefa verəcək

15.02.2019 | 5367 dəfə oxunub

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Demirören istefa verməyə hazırlaşır. Stadium.Az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, Yıldırım Demirörenin sahibi olduğu "Demirören Holdinq"in Super Toto Təşkilatının ölkədə mərc oyunlarının təşkili hüququnu verən "İddia" tenderində qalib gəlmək şansı böyükdür. Belə ki, tenderin son mərhələsində iki iddiaçı qalıb. "Demirören Holdinq"lə "Scientific Games"in ortaq təklifi tenderin qalibi olmağa real namizəddir. Çünki bu şirkətlər digər iddiaçıdan daha sərfəli təklif irəli sürüblər. "Demirören Holdinq" - "Scientific Games" ortaqlığı 0.2, "Türkcell" - "İnteltek" ortaqlığı 0.5 faiz komissiya təklifi verib. Böyük ehtimalla, "Demirören Holdinq" - "Scientific Games" ortaqlığı tenderin qalibi olacaq.

Nəticənin rəsmi olaraq açıqlamasından sonra, Yıldırım Demirören TFF-nin prezident postundan istefa verəcək. Çünki mərc oyunlarını təşkil edən şirkətin rəhbərinin federasiyaya rəhbərlik etməsi qəbuledilməzdir.

Demirören 2012-ci ildə TFF-nin prezidenti seçilib. O, bundan əvvəl "Beşiktaş"ın przidenti olub.

Bir neçə gün əvvəl milli komandanın baş məşqçisi Mirça Luçesku istefaya göndərilib. Ardınca TFF Mərkəzi Hakim Komitəsinin sədri və üzvləri istefa verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail