Avropa Çempionatı Türkiyədə?

14.01.2012 | 5906 dəfə oxunub

Almaniya Futbol İttifaqının (AFİ) yeni prezidenti olacaq Volfqanq Nyersbax maraqlı açıqlama verib. Stadium.az xəbər verir ki,  Almaniyanın məşhur “Bild” qəzeti bu şəxsin UEFA-nın 2020-ci il Avropa çempionatının Türkiyədə keçiriləcəyinə qərar verəcəyini dediyini yazıb. Nyersbax qitə futbol qurumunun kulislərində bu haqda danışılan fikrin reallaşacağını bildirib. 

Onun sözlərinə görə, 3 dəfə Avropa çempionatını keçirmək üçün namizədliyini verən, ancaq müraciəti sonda nəticəsiz qalan Türkiyə Avro-2020-yə ev sahibliyi əldə edə biləcək. Qardaş ölkə Avro-2016 ilə bağlı buna çox yaxın olsa, rəqibi Fransaya cəmi 1 səs uduzdu. Belə ki, UEFA-nın İcraiyyə Komitəsində prezident Mişel Platininin ölkəsinə 7, Türkiyəyə 6 səs verilmişdi.

Avro-2020-nin hansı ölkədə keçiriləcəyinə 2014-cü ilin mayında qərar veriləcək. Nyersbax isə AFİ-nin bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində yeganə namizəd kimi baxılır. Onun bu vəzifəyə seçilərək, gələn il UEFA-nın İcraiyyə Komitəsinə gətiriləcəyi deyilir. Bu səbəbdən məsul yarışın Türkiyədə keçiriləcəyini deyən alman funksioner 2014-cü ildəki səsvermədə qatılıb, bu ölkənin xeyrinə səs verə biləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail