Portuqaliyalı ulduz "Beşiktaş"dan ayrılır

10.01.2012 | 7097 dəfə oxunub

Bu mövsüm zəfi çıxışı ilə tənqidlərə məruz qalan "Beşiktaş"ın hücumçusu Huqo Almeida komandadan ayrıla biləcəyini dilə gətirib. Stadium.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Fransanın "Olimpik" (Marsel) klubundan gələn təklifə müsbət baxdığını bildirib.

Bununla yanaşı, Türkiyədə xoşbəxt olduğunu vurğulayan Almeida hədəflərinin də yüksək olduğunu və Fransaya getmək istədiyini deyib:

"Ailəm və mən "Beşiktaş"ı sevirik. Hazırda tək istəyim odur ki, daha çox qol vurum və komandama daha çox xeyir verim. Ancaq hər professional futbolçu kimi mənim də hədəflərim var və təklifləri dəyərləndirməliyəm. Klubumun da razılıq verəcəyi təqdirdə Marsel təmsilçisinin təklifini qəbul edə və karyerama Fransada davam edə bilərəm. "Olimpik" böyük klubdur və hər futbolçu burada forma geymək istəyər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail