"Beşiktaş"ın daha bir futbolçusu Premyer Liqaya gedir

02.05.2018 | 3331 dəfə oxunub

“Beşiktaş”ın yarımmüdafiəçisi Oğuzhan Özyakup karyerasını İngiltərədə davam etdirə bilər. Stadium.Az xəbər verir ki, 26 yaşlı futbolçu “Nyukasl”a keçməyə çox yaxındı. 

“Sağsağanlar”ın baş məşqçisi Rafael Benites “Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrarda bənzətdiyi Oğuzhanın keçidində israrlıdı. İspaniyalı mütəxəssisin hətta Londonda oyunçu ilə görüşdüyü də bildirilir.

İddiaya görə, Türkiyə millisinin üzvü ilinə 2 milyon funt-sterlinq maaş olmaqla 3 illik müqaviləyə razılıq verib. Hətta anlaşmanın 3+2 il formatında olması gözlənilir. Futbolçunun razılığını alan “Nyukasl” rəhbərliyi vaxt itirmədən “Beşiktaş”la danışıqlara başlayıb.

“Arsenal”ın yetirməsi olan Oğuzhan Özyakup 2012-ci ildən “Beşiktaş”ın formasını geyinir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail