"Beşiktaş"dan bəyanat: "Fənərbaxça"yla oyuna çıxmayacaqlar!

27.04.2018 | 3918 dəfə oxunub

“Beşiktaş” Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbaxça” ilə cavab oyununa çıxmayacağı haqda bəyanat yayıb.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasının qalmaqallı matç haqda qərarına etiraz olaraq bu addımı atıb.

"Beşiktaş"ın bəyanatında deyilir: "Hər zaman əməyi, hörməti və alın tərini ifadə edən 115 illik tariximiz ilə “Beşiktaş”lılıq duruşu sərgiləyərək hüquqa zidd verilən bu qərara münasibətimimizi görətəririk. Tək yolumuz mayın 3-də keçiriləcək oyuna çıxmamaqdır. 115 ildir meydanda qazandıq, uduzduq, heç-heçə etdik. Masada uduzan olmağı qəbul etməmək üçün oyuna çıxmayacağıq.

Bu qərarımızın böyük “Beşiktaş” azarkeşlərinin səsinin də eşitdirilməsi baxımından ən ləyaqətli addım olacağına inanırıq".

Türkiyə Futbol Federasiyası İstanbul derbisinin təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməsi haqda qərar verib. 

"Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail