"Beşiktaş" "Fənərbaxça"yla oyundan imtina edir?

26.04.2018 | 3228 dəfə oxunub

Türkiyə kubokunun yarımfinalında keçirilən "Fənərbaxça" - "Beşiktaş" cavab oyununun 57-ci dəqiqədən azarkeşsiz oynanılması birmənalı qarşılanmayıb.

Stadium.Az xəbər verir ki, TFF-nin qərarından sonra "Beşiktaş" rəhbərliyi və baş məşqçi Şenol Günəş belə haqsız qərar gözləmədiklərini bildiriblər. "Beşiktaş" tərəfi qərara etiraz olaraq oyuna çıxmaya bilər. Bu gün prezident Fikrət Orman idarə heyəti ilə görüşəcək. Yekun qərar bu görüşdə veriləcək.

"Beşiktaş" oyuna çıxmaqdan imtina etsə, texniki məğlubiyyət alacaq. 

"Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolqa Zənginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb.

Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail