Fransız futbolçu: "20 milyonluq "Beşiktaş" azarkeşlərinin lideri ermənidir"

29.12.2011 | 7397 dəfə oxunub

"Beşiktaş"ın keçmiş futbolçularından fransalı Paskal Nouma 1915-ci il hadisələri ilə əlaqədar Fransa hökümətinin çıxardığı qərarla bağlı danışıb. Stadium.az xəbər verir ki, Türkiyədə çox sevilən sabiq futbolçu ölkəsinin Milli məclisinin qərarından şoka düşdüyünü söyləyib.

Hadisələrlə bağlı açıqlama verən Nouma bu mövzu ilə bağlı ilk və son dəfə açıqlama verdiyini bildirib. O, hadisələri bu cür şərh edib: "Bu qərar məni şoka saldı. Ümid edirəm ki, Sarkozi yanlışlarını görüb geri addım atmağı bacarar. Siyasətdən danışmağı xoşlamıram. Ancaq bu qərar türkləri üzdüyü kimi, məni də çox üzdü. Uzun illər futbol oynadım və daha sonra Türkiyədə yaşamağa qərar verdim. Bunun səbəbi isə Türkiyədə zəncilərə, legionerlərə göstərilən sevgi və hörmətdir.

Bəzi ölkələrdə qaradərili olmaq həqiqətən də çox çətindir, ancaq Türkiyə bu mənada çox yaxşıdır. Burada bir çox erməni, yəhudi, zənci və kürd dostlarım var. Bu günə qədər onların da hər hansı bir narazılığını görməmişəm. Burada insanlar irq, din, dil, millət ayrıseçkiliyi olmadan yaşayırlar. Bunun ən böyük misalını özüm yaşamışam. 20 milyonluq "Beşiktaş" azarkeşlərinin lideri ermənidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail