Ünal Aysal: "Daha az xal qazanacağımızı düşünürdüm"

23.12.2011 | 6092 dəfə oxunub

Türkiyə Superliqasında ilk dövrəni ən yaxın izləyicisi "Fənərbaxça"dan 2 xal irəlidə lider bitirən "Qalatasaray"ın prezidenti Ünal Aysal komandasının bu cür uğurlu çıxış edəcəyini gözləmədiyini söyləyib.

Stadium.az xəbər verir ki, Türkiyənin "Milliyet" qəzetinə açıqlama verən klub prezidenti komandasının daha az xal toplayacağını düşündüyünü etiraf edib: "Mən daha az xal qazanacağımızı düşünürdüm. Təxminimdən daha tez zirvəni ələ keçirdik. Ancaq ikinci dövrədə daha da yaxşı oynayaraq zirvədəki yerimizi möhkəmləndirə bilərik. Komandanın indiki vəziyyətində camiənin birlik təşkil etməsi ilə yanaşı, azarkeşlərin, oyunçuların və məşqçilər korpusunun işinin rolu böyükdür. "Qalatasaray" azarkeşinin özlədiyi də məhz bu idi".

Baş məşçi Fatih Terimlə transfer haqqında da danıdığını deyən Aysal qış transfer mövsümündə adlı-sanlı oyunçunun keçidinin mümkün olmadığını söyləyib: "Heç kim qış transfer mövsümündə sensasiyonal bir keçid gözləməsin. Komandada intizamı pozmaq istəmirik. Bununla yanaşı, Fatih Terim də özünün yetişdirə biləcəyi gənc futbolçularla maraqlanır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail