Fatih Terim "Qalatasaray"ın baş məşqçisi oldu

22.12.2017 | 3942 dəfə oxunub

Türkiyənin "Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb. Stadium.Az xəbər verir ki, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.

Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq?" - deyə paylaşım edib. Onun artıq dekabrın 24-də Super Liqada XVII turun "Göztəpə" ilə oyununda "Qalatasaray"ın sükanı arxasında olacağı gözlənilir.

Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail