Luçesku azərbaycanlı jurnalistə zəng edib

28.11.2017 | 5643 dəfə oxunub

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku azərbaycanlı jurnalistə zəng edib. Stadium.Az xəbər verir ki, o, Rusiyanın “Matç” TV kanalının əməkdaşı Elvin Kərimovla əlaqə saxlayıb.

Buna səbəb Kərimovun sovsport.ru (Sovetskiy sport) saytında çıxan yazısı olub. Məqalədə o, rumıniyalı çalışdırıcının menecerlərlə birlikdə işlədiyini və yığmağa onların sifarişi ilə futbolçu çağırdığı qeyd olunub.

Yazıda Hollandiyanın 2-ci liqa təmsilçisi "Dordrext”də çıxış edən Erol Alkanın adı çəkilir. Çıxış etdiyi klubda heyətə düşə bilməyən futbolçunun adı Luçeskunun  Rumıniya ilə matç üçün Türkiyə millisinə dəvət alan futbolçuların siyahısında olub. Amma Alkan meydana çıxmayıb.

Məhz bu olaylardan sonra Elvinin yazdığı "Erol Alkanın işi: Türkiyədə korrupsiya skandalında Luçeskunun adı hallanır” məqaləsinə Luçeskudan reaksiya gəlib. Kərimov şəxsi “Facebook” səhifəsində çalışdırıcının ona zəng etdiyini bildirib. Luçesku ilə sərt danışmadıqlarını vurğulayan Elvin söhbətin detallarını açıqlamayıb: 

 “Kimsə məni çimdikləsin. Mirça Luçesku haqqında çıxan yazımdan sonra o, mənə zəng etdi. Gülməli olan odu ki, o, öz zəngi ilə məni yuxudan oyatdı. Yuxuda olmadığımı başa düşməyim xeyli vaxt çəkdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail