Abdullah Gül qanun dəyişikliyini qəbul etdi

14.12.2011 | 8479 dəfə oxunub

Türkiyənin prezidenti Abdullah Gül "İdmanda şiddət ve intizamsızlığın önlənməsi ilə bağlı qanun"da dəyişiklik edilməsini təsdiqləyib.

Stadium.az xəbər verir ki, 6222 saylı bu qanunda dəyişiklik edilmiş və təsdiq üçün Abdullah Gülə təqdim olunmuşdu. Prezident ilk dəfə bunu qəbul etməsə də, ikinci dəfə sözügedən qanundakı cəzaların yüngülləşdirilməsini təsdiqləyib.

Dəyişikliklərə görə oyun alqı-satqısında günahkar bilinən şəxslərin cəzası 12 ildən 3 ilə endirilib. Bununla yanaşı, hər hansı bir qurum və ya klub prezidentlərinin bu müddətdən sonra vəzifələrinin icrasına davam etməsindəki maneələr də aradan götürülüb.

Cəzaların yüngülləşdirilməsi azarkeşlərə də şamil edilib. Stadiona kənar əşyalar daxil edən və təhqiramiz şüarlar səsləndirən azarkeşlərə həbs cəzasının tətbiq edilməsi də ləğv olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail