Türkiyədə bir gündə iki istefa

13.12.2011 | 8407 dəfə oxunub

Türkiyə Superliqasında bir gündə iki istefa baş verib. Stadium.az xəbər verir ki, səhər saatlarında turnir cədvəlinin son pilləsində olan "Ankaragücü"nün baş məşqçisi Ziya Doğan istefa verib.

Son oyunda "Antalyaspor"a səfərdə minimal hesabla uduzan "Ankaragücü"nün hesabında 15 turdan sonra 1 qələbə və 3 heç-heçə sayəsində qazanılmış 6 xal var. Uğursuz gedişat baş məşqçi Ziya Doğanın klub prezidenti Sami Altınyuva ilə görüşüb istefasını təqdim etməsinə səbəb olub.

İkinci istefa isə Superliqaya bu mövsüm vəsiqə qazanmış "Orduspor"da baş verib. Klubun prezidenti Nedim Türkmen baş məşqçi Metin Diyadinin istefasını təqdim etdiyini bildirib. Prezident qeyd edib ki, mütəxəssis artıq bütün fikrini işə yönəldə bilmədiyini və işindən zövq almadığını dilə gətirərək postundan imtina edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail