"Bursaspor"un futbolçudu millimizdən imtina edib

30.09.2017 | 6495 dəfə oxunub

"Bursaspor"un və U-21 milli komandamızın yarımmüdafiəçisi Ozancan Kökcü karyerası ilə bağlı qərar qəbul edib. Stadium.Az xəbər verir ki, gənc futbolçu instagramdan etdiyi paylaşımda Azərbaycan milli komandasında oynamaqdan imtina etdiyini açıqlayıb:

"Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə geydim və qürur duydum. Ancaq son zamanlar bəzi olaylar məni düşündürdü və qərar verməyə məcbur oldum. Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orada oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisində oynamaqdan imtina edirəm. Mənim əvəzimə oynayan qardaşlarıma uğurlar arzu edirəm. Qəlbim sizinlədir!"

  19 yaşlı futbolçu bu ildən milli komandamızda çıxış edirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail