Burak Yılmaz "Trabzonspor"da - rəsmi

06.08.2017 | 4320 dəfə oxunub

İddialı komanda olmağı hədəfləyən "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.


Stadium.az xəbər verir ki, "bordo-mavilər" Çinin "Pekin Qoyan" klubundan Burak Yılmazı transfer edib. Bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.


"Trabzonspor" Türkiyə millisinin üzvü üçün asiyalılara 3,5 milyon avro ödəyəcək. 3 illik müqaviləyə imza atan 32 yaşlı forvard yeni komandasında illik 3 milyon 550 min avro maaş alacaq.

 Burak Yılmaz "Pekin Qoyan"a 2016-cı ilin qışında "Qalatasaray"dan transfer olmuşdu. O, Çin klubunun heyətində meydana çıxdığı 28 rəsmi matçda 19 qol vurmağı bacarıb.


təcrübəli hücumçu daha öncə 2010-2012-ci illərdə "Trabzonspor"da çıxış etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail