"Mənə "Türk Dibala" deyirlər"

05.08.2017 | 4530 dəfə oxunub

"Roma"nın "Başakşəhər"dən transfer etdiyi Cengiz Ünderin mətbuat önünə çıxıb. Türkiyə millisinin üzvü paytaxt klubundakı hədəflərindən danışıb.


Stadium.az xəbər verir ki, gənc yarımmüdafiəçi "Roma"dan təklif gələn kimi, qəbul etdyini söyləyib:


"Roma"dan təklif gələn kimi, qəbul etdim. İtaliya futboluna adaptasiya olunmaqda çətinlik çəkəcəyimi düşünmürəm. Türkiyədə ötən mövsüm yaxşı performans göstərdim. Ümid edirəm ki, bunun davamını A Seriyada edəcəm. "Roma"da azarkeşlərin sevgisini qazanmaq və burada çoxlu titullar qazanmaq istəyirəm".


20 yaşlı oyunçu "Türk Dibala" ləqəbi barədə bunları söyləyib:


"Bəli, Paulo Dibala ilə bir-birimizə oxşarlıq var. Mənə "Türk Dibala" deyirlər, ancaq mən mən Cengizəm və məni belə xatırlayacaqsınız".


"Canavarlar"ın heyətində 17 nömrəli forma altında çıxış edəcək gənc ulduz komandanın əfsanəvi futblçusu Françesko Totti ilə bağlı da danışıb:


"Roma"ya gələndə Tottiylə görüşdüm. Mən onun böyük heyranı idim. Onun oyunlarını televiziyadan izlməyirdim. Birgə çıxış etsəydik, mükəmməl olardı".

  "Roma" Cengizi "Başakşəhər"dən 13,4+1,5 milyon avro qarşılığında transfer edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail