"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ı rədd edib bu Türkiyə klubuna keçdi

07.07.2017 | 5052 dəfə oxunub

"Mançester Siti"nin sabiq müdafiəçisi Qael Klişi İstanbulun "Başakşehər" klubunun futbolçusu kimi təqdim olunub.

Stadium.Az xəbər verir ki, fransalı futbolçu 3 illlik müqaviləyə imza atıb. Klişi imza sonrası keçirilən mətbuat konfransında seçimini izah edib.

"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"la danışıq apardım. "Qalatasaray"dan mənimlə 1 idarəçi görüşdü. "Başakşəhər"dən isə 5 nümayəndənin mənimlə görüşə gəlməsindən təsirləndim.

Bu klubun layihəsini də bəyəndim. Qərar verməzdən öncə ailəm və menecerimlə də məsləhətləşdim. Onların da razılığı ilə müqavilə imzaladım. "Başakşəhər"ə keçdiyim üçün xoşbəxtəm.

Mən Fransada böyümüşəm. Bildiyini kimi, fransızlar istirahət üçün Türkiyəyə tez-tez gəlir. İstanbul dünyada məşhurdur. Bu şəhərdə insana lazım olan hər şey var. 14 il İngiltərədə oynamışam. Bu, mənim üçün ciddi və radikal qərardır. Mənim də ailəm və uşaqlarım var. 3 illik müqavilə imzaladım. Ümid edirəm, İstanbulda 3 ildən daha artıq müddətə qalaram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail