TFF "Beşiktaş" və "Fənərbaxça"ya cəza və cərimələr yağdırdı

10.02.2017 | 5145 dəfə oxunub

Türkiyə Futbol Federasiyası (TFF) ölkə kubokunun 1/8 final mərhələsində keçirilən "Beşiktaş" - "Fənərbaxça"  (0:1) oyununda baş verənlərlə bağlı cəzaları açıqlayıb. Stadium.Az xəbər verir ki, qurum hər iki klubu Şenol Güneşi, Van Persini, Duşko Tosiçi cəzalandırıb.

Oyunun gedişində azarkeşin meydana daxil olması səbəbindən "Beşiktaş" növbərti ev oyununu boş tribunalar önündə keçirməli olacaq. Bundan başqa, azarkeşlərin intizamsızlığına görə kluba 30 min TL cərimə kəsilib. Matçın 42-ci dəqiqəsində qırmızı vərəqə alan Duşko Tosiç 4 oyuluq diskvalifikasiya olunub. Serb müdafiəçi, həmçinin 71 min TL cərimələnib. "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş rəqib müdafiəçi Simon Kyaerə qarşı hərəkətinə görə 1 oyunluq cəza alıb və 13 min TL cərimə ödəməli olacaq.

Derbinin qonaq komandası "Fənərbaxça" də cəzadan yan qaça bilməyib. Azarkeşlərin davranışı səbəbindən 90 min TL cərimələnən "sarı lacivərdlilər" bir neçə oyunda Robin van Persinin xidmətlərindən istifadə etməkdən məhrum olunub. Hollandiyalı hücumçu "Beşiktaş" azarkeşləri yerləşən tribunaya hərəkətinə görə 3 oyunluq diskvalifikasiya olunub. Ona 19 min TL cərimə də kəsilib. Qeyd edək ki, daha öncə Van Persinin Duşko Tosiçə qarşı qeyri-etik hərəkətinin İntizam komitəsinə təqdim olunmasına lüzum görülməmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail