Mario Qomez: "Beşiktaş"a keçəndə çoxları mənə gülürdü"

01.01.2017 | 3589 dəfə oxunub

Ötən mövsüm "Beçiktaş"ın Türkiyə çempionluğunu qazanmasında böyük pay sahibi olan almaniyalı hücumçu Mario Qomez İstanbul təmsilçisi haqda danışıb. Stadium.Az xəbər verir ki, müqaviləylə “Fiorentina”ya məxsus olan Qomez “Beşiktaş”da icarə əsasında çıxış edirdi.

İtaliya təmsilçisi onu “Volfsburq”a satmışdı. Qomez İstanbuldakı günlərini xatırlayıb:

“2015-ci il mənim üçün möhtəşəm bir il idi. Florensiyadan ayrıldıqdan sonra təkrar köhnə gücümə qovuşdum. İstanbula getdiyimdə bir çox insan mənə gülmüşdü, çünki karyeramı bitirdiyimi düşünürdülər. Ancaq çox yaxşı bir dövr keçirdim. Keçən mövsüm müvəffəqiyyətli və xoşbəxt idim. Ötən mövsümüm 2013-cü ildə “Bavariya”  ilə Çempionlar Liqasını qazandığım mövsümün ardından ən yaxşısı idi deyə bilərəm. İstanbulda yaşadıqlarım yuxu kimi idi. Daha sonra milli komandaya döndüm və Avropa çempionatında oynadım. Hər məşq və hər matç mənim üçün əhəmiyyətli bir təcrübə oldu.

"Beşiktaş”dan ayrılmaq səhv kimi görülə bilər. İndi  “Volfsburq”da hər şey qayasında getməyə bilər. İlk 6 ayda gözləmələri vermədiyimi bilirəm. Bir hücumçuya yeni təkliflər və müqavilələr üçün statistikalar çox əhəmiyyətlidir. Ancaq mən bunu danışmaq istəmirəm. Məqsədim hər oyunda qol vurmaq və komandama xeyirli olmaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail