"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə klubunu çalışdıra bilər

22.11.2016 | 5740 dəfə oxunub

Türkiyə millisindəki köməkçi-məşqçi vəzifəsindən ayrıldıqdan sonra idman proqramlarında şərhçilik edən "Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Oğuz Çətin yenidən məşqçi fəaliyyətini bərpa edə bilər. 
 
Stadium.az xəbər verir ki, Türkiyə I liqasında mübarizə aparan "Şanlıurfaspor” klubu 53 yaşlı çalışdırıcı ilə danışıqlar aparır. Qardaş ölkə mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyinin iclasından sonra Oğuz Çətinin təyinatı rəsmiləşəcək. Əgər tərəflər arasında danışıqlar son anda baş tutmasa, komanda son olaraq "Elazığspor”da çalışmış Ogün Temizkanoğluna tapşırılacaq.
 
Qeyd edək ki, Oğuz Çətin 2014-cü ildə "Xəzər Lənkəran”ı çalışdırmışdı. O, Mustafa Dənizlinin istefasından sonra cənub klubunun "sükanı arxası”na keçmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail