Arda Turan Hiddinki "bombaladı"

13.11.2011 | 7646 dəfə oxunub

Türkiyə milli komandasının üzvü Arda Turanın baş məşqçisi Qus Hiddinkin taktiki seçimlərindən narazı olduğu barədə xəbərlər yayılıb.

Stadium.az xəbər verir ki, Türkiyənin "Milliyet" qəzeti özəl xəbərdə Ardanın yaxın ətrafına Hiddinklə bağlı bu sözləri dediyini oxucularına çatdırıb:

"Bu nəticəni Hiddinkin taktiki seçimləri hazırladı. Xüsusilə də, hücum xəttində çox sıxıntı yaşadıq. Hiddink hücumda yalnız Buraka yer verdi. Buna görə də istədiyimiz hücumları qura bilmədik. Öz meydanımızda oynayırıq və hücumda sadəcə 1 futbolçu var. Hücumda 3 futbolçu ilə oynamalı idik. Təəssüflər olsun ki, Xorvatiyanı gözümüzdə böyütdük. Onların reytinq cədvəlindəki mövqeyi də məşqçimizin qorxmasına səbəb oldu".

Verilən xəbərə görə, Hiddinkin ehtiyatlı oyun anlayışının türk futbolçularının xarakterinə uyğun gəlmədiyini bildirən Arda sözlərini bu cür tamamlayıb: "Əgər məşqçi futbolçularına inanmırsa, deməli, oyuna 0:1 məğlub başlamısınız. Belə olmadımı?! Halbuki, biz 2008-də Avropa Çempionatında uğur qazananda da türk insanının xarakterinə uyğun olaraq hər matçın son anına qədər mübarizə apardıq. Xorvatlarla oyunda isə artıq 2-ci dəqiqədə hər şey bizim üçün bitmişdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail