Biliç: "Türkiyəyə intiqam hissi ilə yanaşmırıq"

08.11.2011 | 7332 dəfə oxunub

Noyabrın 11-də AÇ-2012-nin pley-off mərhələsi çərçivəsində Türkiyə ilə qarşılaşacaq Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, ilk matçı "Türk Telekom Arena"da keçirəcək xorvatların baş məşqçisi türklərə qarşı intiqam hissindən uzaq olduqlarını dilə gətirib:

"İntiqam heç də yaxşı söz deyil. Çünki bu sözdən nifrət hissi yaranır. Türkiyə 2008-ci ildə heç bir pis iş görmədi, sadəcə gözəl bir qol vurdular və qələbə qazandılar. Burda nifrət etməli heç bir şey yoxdur. Doğrudur, Türkiyə ilə qarşılaşacağımızı öyrənəndə 2008-dəki oyun ağlımıza gəlir və bu da təbiidir. Ancaq bu zaman intiqam hissi keçirdiyimizi söyləmək doğru olmaz".

Biliç Türkiyə ilə rəqib olmaq istəmədiklərini də etiraf edib: "Kağız üzərində dəyərləndirmə aparanda Türkiyə qarşılaşmaq istəmədiyimiz komandalardan idi. Türklərlə 2008-dəki oyunumuzda baş məşqçi Hiddink deyildi. Ona görə də Türkiyənin Hiddinkin rəhbərliyindəki bütün matçlarını izləmişəm. Özümüzə inanırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail