Fatih Terim: "Partlamağımı, ağzıma gələni deməyimi gözləyirsiniz"

06.10.2016 | 5111 dəfə oxunub

Türkiyə millisinin baş məşqçisi Fatih Terim DÇ-2018-in seçmə mərhələsində bu gün Ukraynayla ilə oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az Türkiyə mətbuatına istinadən Terimin açıqlamalarını təqdim edir:

“Ukrayna və İslandiya ilə iki çətin oyun keçirəcəyik. Texniki və taktiki mənada bu matçlara yaxşı hazırlaşdığımızı düşünürəm. Məşqdə etdiklərimizi oyun zamanı təkrarlaya bilsək, əminəm ki, yolumuza planlaşdırdığımız şəkildə davam edəcəyik.

Mətbuatı və futbol ictimaiyyətini diqqətlə izləyirəm. Yazılanlardan, deyilənlərdən xəbərim var. Oyunlar öncəsi sifarişlə yazılan yalan xəbərlərə görə əsəbiləşməyimi, partlamağımı, ağzıma gələni deməyimi gözləyirsiniz. Amma mən bu planların bir parçası olmayacam. Vəzifəmin tələb etdiyi məsuliyyət içində hərəkət edəcəm və ehtiyacımız olan sakitliyi qoruyacam. Son günlər milliyə çağırdığım və çağırmadığım futbolçularla bağlı qəbulolunmaz yazı və şərhlər olur. Əxlaqsız, haqsız və qaralayıcı ifadələrə, sifarişli yazılara görə çox məyusam. Çirkin ittiham və iddiaların hamısı ilə tək-tək mübarizə aparacağımıza əmin ola bilərsiniz. Bir atalar sözünü xatırmatmaq istəyirəm: Göz odu ki, dağın arxasını, ağıl odu ki, başına gələcəyi görsün. Mənim uzun müddət əvvəl gördüyüm həqiqətləri indi görməyə başlayıblar.

Mən heyət müəyyənləşdirərkən məsələnin şəxsi olmadığını dilə gətirmişəm. Məni planlarının önündə görənlərə, süni yolla mənfi təsir etməyə çalışanlara nə dəvət etdiklərimi, nə etmədiklərimi, nə də özümü qurban verərəm. Futbolçularımızın hamısı bu ölkənin övladlarıdı. Baş verənlərə baxmayaraq, kiməsə haqsızlıq edilməsinə seyrçi qala bilmərəm. Türkiyə futbolunun gələcəyi üçün hər kəsi sağlam düşüncəyə dəvət edirəm. Birliyə ehtiyacımız var. Komandaya çağırmadığım futbolçularla bağlı suallara cavab verməyəcəm. Oyunçularımı qorumaq mənim vəzifəmdi. Meydana çıxacaq futbolçulara haqsızlıq etmək istəmirəm. Bu uşaqlara sahib çıxın, onlar bizim övladlarımızdı. Ömər Toprakı baş verən bir hadisədən sonra komandaya çağırmadım. O arada zədələr də oldu. Bu gün isə Ömər bizimlədi. Mənim kiminləsə şəxsi problemimin olması mümkün deyil. Mən Antalyada problemin mükafatla bağlı olmadığını dedim. Çağırmadığım futbolçulara bunun səbəbini izah edirəm. Məsələn, Caner Erkinə səbəbi dedim, rahatladı. Hasan Ali indi yaxşı formada olsaydı, bəlkə də, Caneri yenə çağırmayacaqdım”.

Əmrə çox istedadlı futbolçudu və Dortmund “Borussiya”sına getməklə doğru iş gördü. Klubunda az da olsa oynamasına sevinirəm. Fransadakı ilk mətbuat konfransında Əmrənin doğru oynamağı öyrənəcəyi təqdirdə böyük işlər görəcəyini demişdim. İndi də eyni fikirdəyəm. Gündən-günə “atrırır”. Əmrənin hücum xəttində heç kimdə olmayan mükəmməl istedadı var. Komanda yoldaşları ilə yaxşı dil tapsa, əla olacaq. O, gün keçdikdə millimizin önəmli silahına çevriləcək".

 Türkiyə - Ukrayna oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail