Arda Turan: "Başqa heç bir açıqlama vermək istəmirəm"

05.10.2016 | 4236 dəfə oxunub

"Barselona"nın futbolçusu Arda Turan Türkiyə millisində karyerasını başa vuracağı iddialarına münasibət bildirib.

Stadium.Az xəbər verir ki, Arda yığmaya dəvət olunacağı təqdirdə, bunu qəbul edəcəyini deyib:

"Məqsədim həmişə türk futbolu üçün oynamaqdır. Buna görə hər şey edəcəyimə söz verirəm. Milliyə gəl desələr, gələcəm, get desələr, gedəcəm. Başqa heç bir açıqlama vermək istəmirəm. Mənim üçün İspaniyada hər şey yaxşı gedir. Fikrimi ancaq "Barselona"nın uğur qazanmasına yönəltmişəm".

O, Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyun haqda da danışıb:

"Milli üçün önəmli matç olacaq. Komanda yoldaşlarımı dəstəkləyəcəm. Həm biz, həm xalqımız dualarımızla milli komandamızı sona kimi dəstəkləməliyik. Ümid edirəm ki, hər iki oyunda qalib gəlib 6 xal qazanacağıq".

Qeyd edək ki, A.Turan DÇ-2018-in seçmə mərhələsində Ukrayna və İslandiya ilə oyunlar üçün yığmaya çağırılmayıb. O, bundan əvvəl Xorvatiya ilə görüş üçün milliyə dəvət edilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail