"Qalatasaray"ın prezidenti: "Berbatov transfer siyahısında var"

07.11.2011 | 6569 dəfə oxunub

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Ünal Aysal qış fasiləsində gerçəkləşdirəcəkləri transferlər barədə danışıb.

Stadium.az xəbər verir ki, "Hürriyət" qəzetinə açıqlama verən Aysal transfer siyahısında 4-5 futbolçuya yer verdiklərini bildirib. O, "Mançester Yunayted"li Dimitar Berbatovun da bu siyahıda olduğunu təsdiqləyib:

"Sadəcə Berbatovla yox, bir neçə futbolçu ilə maraqlanırıq. Bəli, Berbatov da hücum xətti üçün düşündüyümüz futbolçulardan biridir, ancaq indi bu barədə danışmaq üçün tezdir. Danışıqlara dekabr ayında başlaya bilərik və bu zaman bir cavab alarıq.

Ən doğru qərarı zamanı gələndə verəcəyik. Hər zaman 4-5 nəfərdən ibarət bir siyahı tərtib edirik. Ancaq indi kimi transfer edəcəyimizə qərar verməmişik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail