"Beşiktaş" bütün transferlərini təqdim etdi - FOTO

03.09.2016 | 4140 dəfə oxunub

Beşiktaş transfer dövründə heyətinə daxil etdiyi futbolçuları təqdim edib.

Stadium.Az xəbər verir ki, “Vodafone Arenada təşkil edilən və klub prezidenti Fikrət Ormanın da qatıldığı mərasimdə qara-ağlıların yeni transferləri Fabrisio Ramirez, Anderson Taliska, Vinsent Aboubakar, Caner Erkin, Gökhan İnlər, Atınç Nukan, Oğuzhan Aydoğan və Utku Yuvakuran mətbuat mənsublarının qarşısına çıxıblar.

“Beşiktaş”ın daha əvvəl müqavilə imzaladığı Adriano Korreia və Gökhan Könülün də qatıldığı mərasimdə danışan Fikrət Orman, çətin bir transfer dövrü keçirdiklərini dilə gətirərək, "Beşiktaş”a xeyirli olacağına inandığını bildirib:

“Çox məhsuldar və əhəmiyyətli bir transfer dövrü keçirdiyimizi düşünürəm. Liqa başladı, artıq bundan sonra iş futbolçu dostlarımdadır.

Vinsent Aboubakarla önümüzdəki mövsüm üçün həm klubu, həm də özüylə razılaşmışıq. Dörd illik anlaşmamız var. UEFA meyarları səbəbiylə bu il icarə olaraq razılaşdığımız oyunçuyla daha sonra 4 illik müqavilə imzalayacağıq. “Beşiktaş” ailəsinə yaraşan, brilyant kimi bir uşaq. Onu ailəmizdə görməkdən çox məmnunuq.

Gökhan çox böyük bir “Beşiktaş”lıdır. Bura gəlməyi çox istədi. Mən də onu “Beşiktaş” formasıyla görməyi çox istədim. Çox xarakterli və təcrübəli bir oyunçudur. Çempionlar Liqası və çempionluq yarışında komandamıza çox böyük qatqılar təmin edəcəyini düşünürük.

İtalya klubu “İnter”dən bir il kirayəyə götürdüyümüz 27 yaşındakı milli futbolçu Caner Erkini daha əvvəl də istəyirdik, nəsib bugünəymiş. “Qara-ağ” forma ona çox yaraşdı. “Beşiktaş” forması altında görməyi çox istədiyimiz bir oyunçu, taraftarımız çox xoşbəxt oldu. Bu il kirayəlik olaraq gəldi. Satın alma şansı bizdə. İnşallah ona futbolu burada buraxdıracağıq.

Portuqaliyanın “Benfika” klubundan 2 illiyinə kirayəyə götürdüyümüz 22 yaşındakı Taliska böyük bir ulduz. Həm Çempionlar Liqası, həm də Liqada bizə böyük xeyir verəcəyinə inanırıq. Xüsusilə özündən gözləntimiz “Benfika” matçındakı performansı olacaq. Köhnə komandasına qarşı əhəmiyyətli müvəffəqiyyət əldə edər deyə düşünürəm.

Almaniyanın “Leipzq” klubundan bir illiyinə kirayəyə götürdüyümüz 23 yaşındakı köhnə futbolçumuz  Atınç Nukanın dönməsinə sevinirik.

İspan klubu “Deportivo”dan 3 illiyinə aldığımız 28 yaşındakı qapıçı Fabrisionun da çox xarakterli bir oyunçu olduğunu düşünürük”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail