"Qalatasaray" futbolçusunu "Portu"ya satdı

13.07.2016 | 3852 dəfə oxunub

"Qalatasaray" brazilyalı futbolçusu Aleks Tellesi "Portu"ya satıb. Stadium.Az xəbər evrir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bu transfer Türkiyə klubuna 6,5 milyon avro qazandırıb. Müqavilə ilə "Qalatasaray"a məxsus olan braziliyalı ötən mövsümü icarə əsasında Milan "İnter"ində keçirib. Bir müddət əvvəl 23 yaşlı müdafiəçinin transferi barədə iki klub arasında anlaşma əldə olunduğu barədə xəbər verilmişdi. Razılığa əsasən, "Portu" "Qalatasaray"a 6,5 milyon avro ödəyəcək.

Həmin oyunçunun başqa kluba satışı zamanı İstanbul təmsilçisi 10 faiz pay alacaq.

"Qalatasaray" Aleks Tellesi 2014-cü ildə"Qremio"dan 6,5 milyon avroya almışdı. İstanbul klubunda 60 oyun keçirib 2 qol vuran müdafiəçi ötən yay 1,3 milyon avroya icarəyə verildiyi "İnter"in heyətində 22 rəsmi matça çıxıb. "Transfermarkt" ona 8,5 milyon avro qiymət qoyub.

Bu arada "Qalatasaray" klubu "Mançester Yunayted"lə qarşılaşacaq. Bu yoxlama qarşılaşması "sarı-qırmızılar"ın İsveç və Danimarkada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Mourinyonun çalışdırdığı "qırmızı şeytanlar"la "Qalatasaray"ın görüşü iyulun 30-da Bakı vaxtıyla 22:30-da start götürəcək.

Tərəflər bir-birini İsveçin Göteburq şəhərində yerləşən "Ullevi" stadionunda sınağa çəkəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail