Azərbaycanlı futbolçu "Trabzonspor"da

12.07.2016 | 4618 dəfə oxunub

"Trabzonspor" Azərbaycan əsilli futbolçu Ramil Şeydayevin transferini rəsmiləşdirib. Stadium.Az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

"Trabzonspor" azərbaycanlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Super Liqa klubu Şeydayevin maaşını da açıqlayıb. Futbolçu 2016/17 mövsümündə 430, 2017/18 mövsümündə 350, 2018/19 mövsümündə 400, 2019/20 mövsümündə isə 450 min avro olmaqla ümumilikdə 1 milyon 630 min avro (təxminən 2,8 milyon manat) qazanacaq. Ramil tibbi müayinədən keçərək artıq komandanın Slovakiya toplanışına yollanıb.

Ramil Şeydayev 1996-cı il martın 15-də Sankt-Peterburqda dünyaya gəlib. Atası azərbaycanlı, anası rus olan futbolçu 2013-cü ildən "Zenit"in ikinci komandasında çıxış edib. Bir mövsüm sonra A komandasına yüksələn futbolçu 2015-ci ilin yayında "Rubin"ə icarəyə verilmişdi. Rusiyanın U-17, U-19 və U-21 yığmalarında meydana çıxdığı 67 oyunda 40 qol vuran futbolçu 2013-cü ildə 17 yaşadək futbolçular arasında Avropa çempionu olub. Futbolçu fikrini dəyişərək Azərbaycan yığmasında forma geyinmək üçün AFFA-ya müraciət edib. Onun müraciətinə necə cavab veriləcəyi maraqla gözlənilir.

Ramil Şeydayev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail